Səlimə xanımın böyük uğuru

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalamışdır.

Sərəncama uyğun olaraq 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə bir qrup müəllimin hər biri 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışdır.

Mükafata layiq görülənlərin sırasında Qusar Şəhər 1 saylı Tam Orta Məktəbinin “Tərəqqi” medallı Azərbaycan dili və ədəbiyyatı müəllimi Səlimə Bağır qızı Əhmədova da vardır.

Ömrünün qırx ilində yetişməkdə olan nəslin mariflənməsi, savadlanması, mənəviyyatca yüksəlməsi yolunda fədakarcasına çalışan Səlimə xanımı yüksək mükafat almağı münasibətilə təbrik edir, ona şərəfli peşəsində yeni uğurlar, cansağlığı, ailə səadəti arzulayırıq.                                

“Qusar”