Qanunu tetbiqinə necə nail olmalı

“Gənclər evi”ndə “İnzibati icraat haqqında” Qanununun     tətbiqi məsələlərinə həsr olunmuş seminarlar keçirmişdir.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” proqramı Azərbaycan Respublikasında aparılan inzibati hüquq islahatları çərçivəsində ötən illər ərzində Azərbaycanın bütün regionlarında yerli icra hakimiyyəti orqanları, eləcə də bələdiyyələrin nümayəndələri üçün Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun tətbiqi məsələlərinə həsr olunmuş seminarlar keçirmişdir.

Növbəti belə seminar dekabrın 10-da şəhərimizdəki “Gənclər evi”ndə keçirilmişdir.

Tədbiri Qusar RİHB aparatı hüquq şöbəsinin müdiri Telman Kazımov açaraq seminarın keçirilməsinin mahiyyətinin dövlət və bələdiyyə orqanlarında çalışan yerli kadrların potensialından səmərəli istifadə etmək və həmin şəxslərin gələcəkdə müvafiq qanunvericiliyin tətbiqi, izahı ilə əlaqədar müəyyən bilik və vərdişlərə yiyələnmələrini təmin etməkdən ibarət olduğunu söyləmişdir.

Seminarda Azərbaycan Respublikası Milli Məclisi Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun və İnzibati Prosessual Məcəlləsinin hazırlanması üzrə işçi qrupun rəhbəri Səyyad Kərimov dəvətlilər qarşısında çıxış etmiş, onların suallarını cavablandırmışdır.

“Qusar”