Yaşıllıq keşikçilərinin bayramı

 

 

 

Dövlət başçısı İlham Əliyevin 16 may 2007-ci il tarixli sərəncamına əsasən 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı elan edilmişdir.Bu, qloballaşan dünyada ətraf mühitin, ekologiyanın, təbii sərvətlərin qorunmasının vacibliyi dərk edilərək bu sahə işçilərinin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir.

Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi peşə bayramlarını ümummilli lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət edərək önünə gül qoymaqla başlamışlar.

Sonra müəssisədə yığıncaq olmuşdur. Direktor Rafiq İsgəndərov qazanılan uğurlardan bəhs edərək söyləmişdir ki, respublikamızda geniş meşə massivlərinə malik rayonlardan biri də Qusardır. Meşə mühafizəsi və bərpası müəssisəsi 4 meşəbəyliyindən ibarət olmaqla 22.500 hektarlıq əraziyə xidmət edir.

Qusarın meşə massivləri 21.377 hektara bərabərdir ki, bu da rayonun ərazisinin 12,6 faizini təşkil edir.

Kollektiv 2012-ci ilin yaz mövsümü üçün planlaşdırılmış əkin-səpin tədbirlərini müvəffəqiyyətlə başa çatdırmışdır.

Meşəçilərdən Alim Sarıyev, Dadaşbala Mehdiyev, Həsənağa Kərimov, Səbəbulla Bağıyev, Mamir Pirəliyev, Eldar Əzizov, Zahiddin Abdullayev əkinlərdə yüksək bitişə nail olmuşlar.

Yığıncağın sonunda əmək qabaqcıllarına fəxri fərmanlar və pul mükafatları verilmiş, bayram süfrəsi açılmışdır.